Araşdırma

Bakıda qadın jurnalistə bıçaqla hücum edildi – DİN-dən açıqlama

Sharing is caring!

Bakıda jurnalist Aytən Məmmədovaya yaşadığı binada hücum edilib.

Xəbəral.az xəbər verir ki, bu haqda məlumatı jurnalist Aynur Elgünəş yayıb.

O bildirib: Mənzilin blokunda bir nəfər Aytən Məmmədovanın boğazına bıçaq dirəyərək tələb edib ki, bir daha hansısa məhkəmə işi barədə yazmasın”.

Məlumata görə, Aytən Məmmədova ən çox Tovuzdakı azyaşlı Nərmin Quliyevanın ölümü ilə bağlı gedən məhkəmə işi barədə yazılar yazıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı onlara məlumat daxil olub və araşdırmalara başlanılıb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir