Dünya

“Google” həkim xəttinin “tərcüməçisi”ni hazırlayıb

Sharing is caring!

“Google” dekabrın 19-da keçirilən illik konfransında anlaşılmaz əlyazmaları oxuyacaq və rəqəmsal mətnə ​​çevirəcək yeni proqramını elan edib.

Yeni funksiyanın hazırda axtarış sistemində quraşdırılmış “Google Lens” proqramının bir hissəsi olacaq.

Şirkət əmindir ki, yenilik xəstələrə həkimlərin əlyazmasını başa düşməyə kömək edəcək.

Konfransda qeyd olunub ki, “Google” layihəni həyata keçirmək üçün dünyanın müxtəlif ölkələrindən olan əczaçılarla əməkdaşlıq edib.

Hindistanda daha çox “Google Lens” istifadəçisi olduğu üçün bu xüsusiyyət hələlik yalnız hind dilində işləyir. Bununla belə, şirkət “tərcüməçi”nin coğrafiyasını genişləndirəcək və ona ingilis, rus və əsas Avropa dillərini əlavə edəcək.

Mənbə: TechCrunch

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir