İdman

DÇ-2022-nin ən populyar azarkeşi Messiyə görə FIFA-ya qəzəbləndi – FOTO

Sharing is caring!

Məşhur xorvat futbol azarkeşi İvana Knoll 2022-ci il dünya çempionatının ən yaxşı oyunçusu kimi “Qızıl top” mükafatının Fransa millisinin hücumçusu Kilian Mbappeyə deyil, Argentina yığmasının hücumçusu Lionel Messiyə verilməsindən qəzəblənib.

“FIFA, sən “Qızıl top”u səhv adama verdin! Argentina qalib ola bilər, amma “Qızıl top”a Mbappe layiqdir”, – Knoll sosial şəbəkədəki səhifəsində yazıb.

Qeyd edək ki, Messi DÇ-2022-də 7 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, “Qızıl top”a layiq görülməyib, sadəcə finalın ən yaxşı oyunçusu seçilib. Argentina finalda Mbappeli Fransanı məğlub etdi (3-3, 4-2 pen.). Fransalı hücumçu yeddi oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib və turnirin bombardiri olub.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir