Cəmiyyət

Bakıda kişi yeniyetməni bıçaqla hədələyib telefonunu əlindən aldı

Sharing is caring!

Bakıda 14 yaşlı oğlan bıçaqla hədələnib, telefonu əlindən alınıb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Yeniyetmənin anası polisə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs evlərinin yaxınlığında 14 yaşlı oğlunu bıçaqla xəsarət yetirəcəyi ilə hədələyərək 400 manat dəyərində mobil telefonunu alaraq uzaqlaşıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən şəxsin Zöhrab Zeynalov olduğu məlum olub və o, saxlanılaraq şöbəyə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir