Cəmiyyət

Klarnet ifaçısına aşırdığı maşından hədiyyə olundu – FOTO

Sharing is caring!


Tanınmış klarnet ifaçısı Rafael Dağlıya (Bayramov) “Range Rover” markalı avtomobil hədiyyə edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu təşəbbüslə sənətçinin pərəstişkarlarından olan iş adamı çıxış edib.

Qeyd edək ki, Rafael Dağlı bu ilin aprelində məhz “Range Rover” markalı avtomobili ilə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır qəza keçirib. Qəza nəticəsində onun avtomobili yoldan çıxaraq aşıb və tamamilə yararsız hala düşüb. 

Adı açıqlanmayan iş adamı isə sənətçiyə ad günü ərəfəsində “Range Rover” markalı avtomobil hədiyyə etməklə onu sevindirib. Klarnet ifaçısı bu sürpriz hədiyyədən təsirləndiyini bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir