Cəmiyyət

Xaçmaz sakini məşğulluq mərkəzindən şikayətçidir: “Heyvanların biri ölüb, qalanı xəstədir” – VİDEO

Sharing is caring!


Xaçmazda məşğulluq mərkəzindən 21 baş heyvan alan vətəndaş şikayətçidir.

Təsərrüfat sahibi Ələddin Talıbov bildirib ki, mərkəzdən verilən heyvanlar xəstədir:

“Heyvanlardan biri ölüb, qalanı isə xəstədir. Qanunda qeyd edilib ki, təqdim olunan heyvanlarda xəstəlik aşkarlandıqda 30 gün ərzində mərkəzə təqdim edə bilərik”.

Dövlət Məşğulluq Agentliyindən məsələ ilə bağlı bildirilib ki, yaxın günlərdə vətəndaş Ələddin Talıbovun şikayəti ilə bağlı sözügedən ünvana baş çəkiləcək və problem yerindəcə araşdırılacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir