Cəmiyyət

Bakıda sərnişinlərin həyatlarını heçə sayan avtobus sürücüləri yarışdılar – VİDEO

Sharing is caring!


Bakıda iki sərnişin avtobusu yarışa çıxıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, videoda sürücülərin sərnişinlərin həyatını riskə atdığı görünür.

Sürücülərin məsuliyyətsiz hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi narazılıqlara səbəb olub.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsiin rəsmisi polis mayoru Araz Əsgərli Oxu.Az-a bildirib ki, həmin görüntülər nəzarətə götürülüb və araşdırma nəticəsində sürücülərin kimliyi müəyyənləşdirilib:

“Artıq sürücülərdən biri saxlanılıb və barəsində toplanılmış materiallar Nizami Rayon Məhkəməsinə təqdim edilib. Nizami Rayon Məhkəməsinin qərarı ilə sürücü Xanı Quliyev İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə təqsirli bilinib və 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə edilib”.

Qeyd edək ki, Xanı Quliyevin idarə etdiyi avtobus “Ayşən LTD” MMC-yə məxsusdur.

Hazırda yarışa çıxan digər avtobus sürücüsü barədə də qanun çərçivəsində lazımi tədbir görülməsi üçün toplanmış material məhkəməyə təqdim edilib. 

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir