Cəmiyyət

Xırdalanda daha bir məktəbdə müəllimə qızıl zinət əşyası hədiyyə etdilər – VİDEO

Sharing is caring!


Daha bir məktəbdə rüşvət iddiaları gündəm olub.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Xırdalan şəhəri 9 saylı məktəbin birinci sinif şagirdlərinin valideynləri “Əlifba bayramı”nda müəllimə qızıl qolbaq hədiyyə ediblər.

Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə uğrayıb. Müəllimlərin bu kimi “şirinlik” adı altında rüşvət almaları iddia edilib.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, ötən gün Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi ilə bağlı da rüşvət iddiaları güdəmə gəlmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir