Dünya

Türkiyədə 15 sərnişini olan yaxta batdı – VİDEO

Sharing is caring!


İstanbulun Beşiktaş bölgəsində içərisində 15 sərnişin olan icarəyə götürülmüş yaxta batıb.

Məlumata görə, 15 nəfərlik qrup icarəyə götürdükləri yaxta ilə İstanbul boğazlarına doğru yola düşüb. Yaxtaya suyun dolduğunu anlayan kapitan Bebek limanına yaxınlaşaraq sərnişinləri təxliyyə edib.

Daha sonra yaxta suya qərq olub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Yaxta dalğıclar və kranın köməyi ilə sudan çıxarılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir