Cəmiyyət

Bir yaşlı körpə iməkləyən zaman üzərinə qaynar samovar aşıb: “Cibimizdə yalnız yolpulumuz var” – FOTO

Sharing is caring!

Aprel ayında bədbəxt hadisə ilə üzləşən ailənin yenidən köməyə ehtiyacı var.

Bu barədə Oxu.Az-a Kürdəmir sakini Möhübbət Rəhimli məlumat verib.

O qeyd edib ki, körpəsi Mehdi Rəhimli 11 aylıq olarkən iməkləyən zaman üzərinə qaynar samovar aşıb.

Ağır xəsarətlər alan körpə 5 nömrəli Şəhər Kliniki Xəstəxanasında müalicə alıb. Ona sağ yuxarı ətrafın, qarnın ön səthinin, sağ aşağı ətrafın II-III dərəcəli texniki yanığı diaqnozu qoyulub. Hazırda bir yaş iki aylıq olan Mehdinin vəziyyəti yenidən pisləşib. Ona dörd ay əvvəl dəri köçürülməsi əməliyyatı edilib. Lakin köçürülən dərini orqanizm qəbul etməyib və o qopub.

Hazırda yolda olan ailə qeyd edir ki, xeyirxah insanların köməyinə ehtiyacları var: 

“Təcili Bakıya gəlirik. Cibimizdə isə yalnız yolpulumuz var. İmkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirik. Mehdinin yenidən əməliyyat edilməsi üçün 1800 manata ehtiyacımız var”.

Əlaqə nömrəsi: 0516298719 (Vilayət Rəhimov – babası)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir