Cəmiyyət

Bəhram Bağırzadə yeni kitablarını benefisiarlara hədiyyə edib – FOTO

Sharing is caring!


“Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, rejissor və aktyor, publisist, əməkdar artist Bəhram Bağırzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.

Oxu.Az xəbər verir ki, qonaq Mərkəzin fəaliyyət istiqamətləri ilə maraqlanıb, təlim prosesini izləyib.

Tanınmış incəsənət xadimi benefisiarlarla müxtəlif mövzularda fikirlərini bölüşərək, onları motivasiya edib.

Müəllif yeni nəşr olunmuş “Sualtı varlıqlar”, “Quranda adı keçən heyvanlar”, “Elektrikin tarixi” kitablarını imzalayaraq, Mərkəzin kitabxanasına bağışlayıb. Benefisiarlarla görüşən Bəhram Bağırzadə yeni kitablarını onlara hədiyyə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir