Siyasət

Slutski: “İlham Əliyev Qarabağı Vətənə qaytardı”

Sharing is caring!


“Azərbaycan Prezidenti İlham Əliyev atasının əsas vəsiyyətlərindən birini yerinə yetirdi: Qarabağı Vətənə qaytardı”.

Bunu “Report”a Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, LDPR partiyasının lideri Leonid Slutski bildirib.

Deputat qeyd edib ki, Azərbaycan öz iqtisadiyyatını, sosial siyasətini, logistika infrastrukturunu gücləndirmək yolu ilə inamla gedir:

“Azərbaycan Rusiya üçün etibarlı strateji tərəfdaşdır”.

O qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanla fəxr edə bilərdi:

“Azərbaycanın dahi oğlu Heydər Əliyevin anadan olmasından 100 il keçir və bu gün o, oğluna baxaraq, gördüyü işlərlə fəxr edə bilər. Azərbaycan postsovet məkanından çox-çox kənarda çiçəklənən iqtisadiyyata malik, enerji asılılığı olmayan müstəqil dövlətə çevrilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir