İqtisadiyyat

Nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən KOB-ların nəzərinə

Sharing is caring!


KOB-ların məhsul və xidmətlərinin Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində təqdim edilməsinə dəstək göstəriləcək. 

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, 31 may – 2 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransLogistica”) keçiriləcək. 

Sərgidə avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatı, yükdaşıma, logistika, kuryer vasitəsilə çatdırılma sahələrində fəaliyyət göstərən dövlət və özəl qurumların xidmətləri, müxtəlif nəqliyyat vasitələri, qoşqular, avadanlıqlar, anbar və məlumatlandırma sistemləri və s. nümayiş olunacaq. Tədbir nəqliyyat və logistika sahələrində yeni texnologiyaların və məhsulların sərgilənməsi, satış imkanlarını genişləndirmək və yeni satış kanalları tapmaq, təcrübə mübadiləsi üçün geniş imkanlar yaradacaq. 

Nəqliyyat sektorunda çoxlu sayda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi nəzərə alınaraq onların məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi məqsədilə “TransLogistica” sərgisində KOB-ların iştirakına dəstək göstəriləcək. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına sərgidə KOB-ların məhsul və xidmətlərinin təqdim olunacağı xüsusi stend qurulacaq.  

Ödənişsiz olaraq məhsul və xidmətlərini bu stenddə təqdim etmək istəyən KOB-lar 19 may 2023-cü il tarixinə qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “TransLogistica” qeyd olunmalıdır) KOBİA-ya müraciət edə bilər: https://bit.ly/44G0Wiq 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir