İdman

Azərbaycan Kuboku: Bu gün yarımfinalın ilk iştirakçıları bəlli olacaq

Sharing is caring!

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçiriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk görüşü Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında oynanılacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. “Azersun Arena”dakı ilk oyunda qalib müəyyənləşməyib – 2:2.

Digər matçda isə “Sabah” “Səbail”i qəbul edəcək. “Bank Respublika Arena”dakı görüş saat 19:00-da start götürəcək. “ASK Arena”dakı ilk qarşılaşmada “dənizçilər” 3:2 hesablı qələbə qazanıblar.

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
19 dekabr

16:00. “Qəbələ” – “Qarabağ”
İlk oyun – 2:2
Qəbələ şəhər stadionu

19:00. “Sabah” – “Səbail”
İlk oyun – 2:3
“Bank Respublika Arena”

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. “Turan Tovuz” “Kəpəz”i, “Neftçi” isə “Zirə”ni qəbul edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir