Cəmiyyət

Keçən il müəyyən edilən insan alveri qurbanlarının sayı açıqlanıb: Siyahıda uşaqlar da var

Sharing is caring!


Keçən il müəyyən edilmiş 94 (93 qadın, 1 kişi) insan alveri qurbanından 93-ü Azərbaycan Respublikasının vətəndaşı, biri əcnəbi olub.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, əcnəbi insan alveri qurbanı – Nigeriya Federativ Respublikasının vətəndaşıdır. O, öz həmyerlisi tərəfindən Azərbaycanda istismar edilib.

94 insan alveri qurbanından 82-si cinsi istismar məqsədilə Türkiyə Respublikasına, biri İran İslam Respublikasına aparılmış, 9-u ölkə daxilində cinsi istismara, 2-si isə məcburi əməyə məruz qalıb.

Qurbanlardan 6-sı uşaq (hamısı qadın, cinsi istismar), 16-sı 18-25 və 41-i 25-35 yaş arası, 31-i 35-dən yuxarı yaş həddində olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir