Dünya

Ərdoğan növbəti böyük layihədən danışdı: “Gündə 6,5 milyon vətəndaşımız istifadə edəcək”

Sharing is caring!


“Böyük İstanbul Tunelindən gündə 6,5 milyon vətəndaşımız istifadə edəcək”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanı Milli Bağçasında keçirilən Böyük İstanbul Mitinqində deyib.

Ərdoğan həyata keçiriləcək yeni layihə – Böyük İstanbul Tuneli barədə danışıb. O, keçmişdə İstanbuldan İzmirə çatmaq üçün 7,5 saat sərf edildiyini xatırladıb.

“İndi 3 saata. Haradan hara? Yavuz Sultan Səlim Körpüsünü, Osmanqazi Körpüsünü, Avrasiya Tunelini istifadəyə verdik. İstanbuldan Ankara, Eskişehir, Konya, Bilecik, Kocaeli, Sakarya, Kırıkkale, Yozgat və Sivasa yüksək sürətli qatarla gediş-gəlişi təmin etdik. Dünyanın ən dərin boru tuneli olan Marmarayı inşa etdik. Asiya ilə Avropanı dənizin altında birləşdirdik. İndi isə Böyük İstanbul Tuneli layihəmizi həyata keçiririk. Bu layihə Marmaray və Avrasiyadan boğazın altından keçəcək üçüncü tunel olacaq. Böyük İstanbul Tuneli ilə gündə 6,5 milyon vətəndaş istifadə edəcək. 11 fərqli rels sistemi xəttini birləşdirərək şəhərin nəqliyyatını təmin edəcəyik”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir