Dünya

“Liverpul”un futbolçusunu dirsəklə vuran referi hakimlikdən uzaqlaşdırıldı

Sharing is caring!


İngiltərə Premyer Liqasının XXX turunda “Arsenal”la oyunda “Liverpul”un futbolçusu Endryu Robertsonu dirsəklə vuran yan xətt hakimi Konstantin Hatsidakis Premyer Liqa və ölkə kuboku oyunlarına təyinat almayacaq.

Bununla bağlı İngiltərə futbolunda hakimliklə məşğul olan “Professional Game Match Officials Limited” qərar qəbul edib.

Qurum araşdırma bitənədək yan xətt hakiminin işindən kənarlaşdırıldığını açıqlayıb.

Xatırladaq ki, sözügedən matç 2:2 hesabı ilə başa çatıb.

Mənbə: “Daily Record”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir