Kriminal

Bakıda qadının çantasından 1112 manat və bank kartları oğurlayan şəxs saxlanılıb

Sharing is caring!


Mayın 5-də saat 8 radələrində metronun “Ulduz” stansiyasında bir qadının çantasından içərisində 1112 manatı, sənəd və bank kartları olan pul qabının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Bu barədə DİN məlumat yayıb.

Qeyd edilib ki, metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əzimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir