Kriminal

Keçən il insan alveri ilə bağlı cinayətlərin və məhkəmə məsuliyyətinə cəlb olunanların sayı açıqlanıb

Sharing is caring!


Keçən il insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 204 (+2) cinayət qeydə alınıb.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 204 (+2), o cümlədən 157 (+1) insan alveri, 3 (sabit) məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 44 (+1) cinayət qeydə alınıb.

Həmin hüquqazidd əməllərlə əlaqədar başlanılmış cinayət işləri üzrə təqsirləndirilən qismində cəlb olunmuş 15 (+2) şəxs (13-ü qadın, 2-i kişi) məhkəmə məsuliyyətinə verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir