Dünya

“Taliban” əfqan qadınları islami geyim qaydalarını pozduqları üçün həbs etməyə başlayıb

Sharing is caring!


Ölkədə hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı əfqan qadınları hicabla bağlı fərmana əməl etmədiklərinə görə həbs etməyə başlayıb.

Bu barədə BMT-nin baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Roza Otunbayeva məlumat verib.

“Əfqanıstanda de-fakto hakimiyyət orqanları son vaxtlar ictimai həyatın bütün sahələrində qadınların hüquqlarını daha da məhdudlaşdırıblar. Hicab fərmanına tam əməl etməyən qadınlar saxlanılır və həbs olunurlar. Əfqanıstanda yaşayan bəzi qadınlar küçəyə çıxmaqdan qorxurlar”, – deyə Otunbayeva BMT-nin Təhlükəsizlik Şurasının üzvləri qarşısında çıxış edərkən bildirib.

BMT-nin məlumatına görə, Kabildə çox sayda qadın və qız saxlanılıb və onlar bir neçə saatlıq həbs olunublar. Təşkilatın missiyası pis rəftar, həbs və azadlığa çıxmaq üçün təzminat tələbi ilə bağlı iddiaları qeydə alıb.

BMT baş katibinin Əfqanıstandakı xüsusi nümayəndəsi xatırladıb ki, “Taliban” onların legitimliyinin beynəlxalq səviyyədə tanınmasını istəyir.

Mənbə: interfax.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir