MARAQLI

Qazaxıstanda səkkiz Bayden, Tramp və Putin tapıldı

Sharing is caring!


Qazaxıstan vətəndaşları arasında məşhur siyasi xadimlərin soyadlarını öz adları olaraq daşıyan insanlar var.

Bu barədə Qazaxıstan iqtisadiyyatının monitorinqi layihəsindən məlumat verilib.

Məlumata görə, hazırda respublikada səkkiz Bayden, bir Putin və bir Tramp yaşayır. Bundan başqa, 12 nəfər Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayevin adını daşıyır.

Həmçinin, bir sıra vətəndaşlara şəhərlərin adı verilib. Belə ki, 24 nəfər Astana, 20 nəfər Almatı adlı şəxs var. 24 vətəndaş isə ölkənin özünün – Qazaxıstanın şərəfinə adlandırılıb.

Mənbə: Ranking.kz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir