Cəmiyyət

Xızıda “Yay məktəbi”nin yekununa həsr olunmuş tədbir keçirilib – FOTO

Sharing is caring!

Təhsil Nazirliyi, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Sumqayıt Şəhər, Abşeron və Xızı Rayon İcra Hakimiyyətlərinin dəstəyi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Yay məktəbi”nin yekununa həsr olunan tədbir keçirilib.

Xızı rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən “Yay Fest”də Milli Məclisin deputatı Müşfiq Məmmədli, Abşeron-Xızı Regional Təhsil İdarəsinin (RTİ) müdiri İlhamə Abdullayeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Manafov, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Sumqayıt şəhər, Abşeron və Xızı rayonları üzrə 600-dən çox şagird, təhsil işçiləri və valideynlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

İştirakçıları salamlayan Abşeron-Xızı RTİ-nin müdiri İlhamə Abdullayeva “Yay məktəbi”nin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bu gün ölkəmizdə təhsilə hərtərəfli qayğı göstərilir, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra tədbir iştirakçıları şagirdlər tərəfindən hazırlanmış müxtəlif mövzulu stendlərə baxış keçiriblər.

Sumqayıt-Abşeron-Xızı şagirdlərinin birgə intellektual və əyləncə proqramı çərçivəsində rəqs, muğam nömrələri, rəsm, əl və toxuculuq işlərinin sərgisi, bədii gimnastikanın təqdimatı, məntiqi, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirən öyrədici oyunlar nümayiş etdirilib.

Tədbir konsert proqramı ilə davam edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir