Dünya

Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirdi

Sharing is caring!

Türkiyə Silahlı Qüvvələrinin bölmələri terror təşkilatı PKK-nın Suriya qanadı – YPG-nin 13 silahlısını zərərsizləşdirib.

Bu barədə bazar günü Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PKK/YPG terrorçuları antiterror əməliyyatları zonalarının atəşə tutulması və mötədil Suriya müxalifəti ilə Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərə sızma cəhdi zamanı məhv edilib.

Nazirlik Suriyanın şimalında terrorçularla daha da sərt mübarizə aparmaq əzmini vurğulayıb.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir