Cəmiyyət

Sumqayıt teatrında səkkiz aydır maaş verilmir? – Nazirlikdən AÇIQLAMA

Sharing is caring!

Sumqayıt Dövlət Dram Teatrında maaşların səkkiz aydır verilməməsi ilə bağlı iddialar yayılıb.

Bu barədə sosial şəbəkələrdə və bəzi kütləvi informasiya orqanlarında bununla bağlı məlumatlar paylaşılıb. 

Mədəniyyət Nazirliyi yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib. Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir