Cəmiyyət

Bakı sakininin üzərində “Kalaşnikov” aşkarlanıb

Sharing is caring!


Bakı sakininin üzərində “Kalaşnikov” aşkarlanıb.

“Report”un məlumatına görə, aprelin 12-də Su Nəqliyyatında Polis İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında Xüsusi Patrul Bölmələrinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 25.11.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş Orxan İnqilab oğlu Əzizəliyev Bakı şəhəri, Qaradağ rayonu, Sar qəsəbəsində yerləşən Qaradağ Limanında saxlanılaraq Su NPİ-yə gətirilib.

Onun üzərinə baxış zamanı bir ədəd texniki cəhətdən saz və atəş üçün yararlı olan AKMS modelli, “Kalaşnikov” konstruksiyalı odlu yivli silah olan avtomat, 60 ədəd 7,62 mm kalibrli döyüş sursatı və atəş üçün yararlı olan ştat patronlar, “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 2 ədəd daraq və çəkisi 9,547 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir