Cəmiyyət

Bu il Azərbaycanda neçə nəfər qızılcaya yoluxub? – RƏSMİ AÇIQLAMA

Sharing is caring!


“Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb”.

Bu barədə Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilir.

“Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub”, – məlumatda vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir