İdman

Azərbaycan Premyer Liqası: Bu gün iki oyun keçiriləcək – AFİŞA

Sharing is caring!


Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçında “Zirə” “Səbail”i qəbul edəcək. “Qartallar” hazırda 38 xalla 5-ci “dənizçilər” 21 xalla sonuncu – 10-cudurlar.

Günün digər görüşündə “Neftçi” “Qəbələ”ni qəbul edəcək. Hazırda paytaxt təmsilçisi 60 xalla 3-cü, əyalət klubu isə 39 xalla 4-cü sırada qərarlaşıb.

Azərbaycan Premyer Liqası
XXX tur

14 aprel (cümə)

17:30. “Zirə” – “Səbail”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu

20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Bakcell Arena”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir