Dünya

Kim Çen In: “Nüvə hücumu ilə cavab üçün tərəddüd də etməyəcəyik”

Sharing is caring!


KXDR digər dövlətlərin təxribatları olacağı təqdirdə nüvə hücumu ilə cavab verəcək.

Koreya Mərkəzi Teleqraf Agentliyinin (KCNA) məlumatına görə, bunu ölkə lideri Kim Çen In “Hwasong-18” qitələrarası ballistik raketinin buraxılması üzrə təlimlərdə iştirak edən hərbçilərlə görüşündə deyib.

Onun sözlərinə görə, hərbi fəaliyyətlər nüvə strategiyasının və doktrinasının təkamülünü nümayiş etdirib.

“KXDR düşmənin nüvə silahı ilə təxribatlarına nüvə hücumu ilə cavab vermək üçün, hətta tərəddüd etməyəcək”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya 2022-ci ilin sentyabrında qanunvericilik səviyyəsində özünü nüvə dövləti elan edib.

Xatırladaq ki, Şimali Koreya dekabrın 19-da ABŞ və Cənubi Koreyanın düşmən hərəkətlərinə cavab olaraq “Hwasong-18” qitələrarası ballistik raketini sınaqdan keçirib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir