Dünya

Məşhur türkiyəli aktrisanın yeni evinin mənzərəsi görənləri heyran qoydu – FOTO

Sharing is caring!


Məşhur türkiyəli aktrisa Cansu Derenin bir ətir markasının reklam siması olduğu və bu işdən 10 milyon Türkiyə lirəsi (583 min manatdan çox) qazandığı iddia edilib.

Məlumata görə, aktrisa pulunu daşınmaz əmlaka yatırmağa qərar verib və bu pulla İstanbulda, Avropa hissəsində boğaza baxan ev kirayələyib. Aktrisanın yeni evinin mənzərəsi görənləri heyran qoyub.   

Qeyd edək ki, Cansu Dere daha əvvəl paytaxtın Asiya hissəsində yaşamağı üstün tutmadığını bildirib.

“Anadolu hissəsində yaşamaq mənə görə deyil. Qəhvə içmək üçün belə Avropa hissəsini seçirəm, sadəcə qəhvə içmək üçün o tıxaclara dözmək istəmirəm, ona görə də indi Rumeli qalası tərəfə qayıtmağa hazırlaşıram”, – deyə qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir