Cəmiyyət

Paytaxtın Nizami rayonunda abadlıq və yenidənqurma işləri geniş vüsət alıb – FOTO

Sharing is caring!


Son illər Bakı şəhərində, o cümlədən Nizami rayonunda abadlıq və yenidənqurma işləri geniş vüsət alıb.

Sakinlərin rahatlığının və istirahətinin təşkili məqsədilə yeni abad məhəllələr və yaşıllıq zolaqları salınır, iməciliklər təşkil olunur. Həyata keçirilən yenidənqurma işləri rayonun simasını dəyişməklə bərabər, ekoloji vəziyyətinin yaxşılaşmasında da mühüm rol oynayır.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin tikinti-quruculuq və abadlıq işlərinin günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələrinə uyğun olaraq rayon ərazisində abadlıq-quruculuq və yenidənqurma işləri rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılır.

Ötən illər ərzində Nizami rayonu ərazisində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində 58 yaşayış binasını əhatə edən 14 məhəllə yenilənərək sakinlərin istifadəsinə verilib.

2023-2024-cü illər ərzində “Bizim həyət” layihəsi çərçivəsində 31 yaşayış binasını əhatə edən 5 məhəllənin abadlaşdırılması da nəzərdə tutulub.

Eyni zamanda, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 10 çoxmərtəbəli yaşayış binası olmaqla 3 məhəllədə və onları əhatə edən küçəboyu ərazidə təmir-abadlıq işləri aparılır. Həmçinin dam örtükləri, fasadları və girişlərinin təmirə ehtiyac olan binalarda hazırlıq işlərinə başlanılıb.

Rayonun Keşlə qəsəbəsində də abadlıq və yenidənqurma işləri davam etdirilib. Sabir və Kamran Əfkari küçələrində yollar asfaltlanıb, səkilər yaradılıb, bordürlər yenilənib, küçəboyunca yerləşən yaşayış və qeyri-yaşayış binalarının fasadları təmir olunub.

Qəsəbənin Mətləb Ağayev küçəsində elektrik təchizatının daha da yaxşılaşdırılması məqsədilə yeni transformator məntəqəsinin quraşdırılmasına hazırlıq işləri gedir. Nizami Abdullayev və Abdulla Mirzəyev küçələrinin bir hissəsində yeni işıq dirəkləri basdırılaraq küçələrin işıqlandırılması təmin edilib və işlər davam etdirilir.

Həyata keçirilən abadlıq-quruculuq və yenidənqurma işlərində rayonun təsərrüfat subyektləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatlarla yanaşı, sakinlər də yaxından iştirak edirlər. Rayonda mütəmadi keçirilən iməciliklər zamanı rayonun bütün küçə və prospektlərində, məhəllələrdə səliqə-sahman işləri aparılır, ağac və dekorativ bəzək kolları əkilir, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir.

Qeyd edək ki, rayonun bütün ərazisinin növbəli şəkildə abadlaşdırılmasının həyata keçirilməsi planlaşdırılır və görüləcək işlər çərçivəsində sakinləri narahat edən məsələlər öz həllini tapacaqdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir