Dünya

“Beşiktaş” “Sabah”la oyun üçün xatirə biletləri satışa çıxardı

Sharing is caring!


“Beşiktaş” “Bırakmam Seni Türkiyem” yardım kampaniyası çərçivəsində “Sabah”la keçirəcəyi yoldaşlıq oyunu üçün xatirə bilətləri satışa çıxarıb.

İstanbul təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, biletlərin qiyməti 100 TL (8,69 AZN) təşkil edir. Xatirə biletlərinin satışında məqsəd əldə olunacaq vəsaitin zəlzələ qurbanları üçün xərclənməsidir.

“Sabah” – “Beşiktaş” qarşılaşması 13 may tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir