Dünya

Hondurasda qurbağaların çoxalması səbəbindən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib – FOTO

Sharing is caring!


Hondurasda güclü yağışlardan sonra çoxalmış qurbağalar səbəbindən yolların birində böyük qəza baş verib.

Hadisə Kortes departamentinin Çoloma şəhərində baş verib.

Müxtəlif amfibiyaların (suda-quruda yaşayanlar) küçələri və evləri doldurduğu bildirilir. Yerli sakinlər qeyd edirlər ki, bu, dekabrın 3-dən sonra güclü yağışlar səbəbindən baş verməyə başlayıb. Vəziyyət üç gün ərzində müşahidə olunub.

Nəticədə yolun hərəkət hissəsində müxtəlif növ qurbağaların  və çömçəquyruqların ifraz etdikləri selik yayılıb. Bu, bir sisternli avtomobil, iki ağırtonnajlı yük maşını və bir motosiklet də daxil olmaqla ən azı beş avtomobilin iştirakı ilə qəzaya səbəb olub. Motosiklet tamamilə yanıb.

Hadisədən sonra bəzi zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Mənbə: osnmedia.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir