İqtisadiyyat

Ekspert: “Məhsulların Bakı şəhərinə daxil olmasında müxtəlif əngəllər aradan götürülməlidir” – FOTO

Sharing is caring!


Ölkəmizdə bahalaşma səngiməyib. Cari ilin yanvar-fevral ayları ərzində ölkəmizdə istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,3%, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər isə müvafiq olaraq 12,2% və 10,6% artıb. Mart ayında bayramlarla əlaqədar qiymətlərdə bir qədər artım müşahidə edilib.

Bəs görəsən, növbəti aylarda qiymətlər aşağı enə bilərmi? Hansı məhsulların qiymətində artım və ya azalma gözlənilir? 

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, bizim idxal amilindən yüksək səviyyədə asılılığımız var:

“2020-ci ildə pandemiyadan sonra proqnoz verilmişdi ki, inflyasiya dünya iqtisadiyyatını bürüyəcək. Elə də oldu. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr kifayət qədər sərmayələr buraxdılar ki, hər hansı bir formada dayanıqlığın saxlaya bilsinlər. Bununla yanaşı inflyasiya dünyanı bürüdü. Azərbaycan da öz payını qəbul etdi.

Bizim özümüz də bahalaşmaya şərait yarada biləcək işlər görürük. 2021-ci ildə ardıcıl olaraq bir neçə əsas strateji məhsulların qiyməti artdı. Bu da öz növbəsində qiymət əmələgəlmə prosesinə təsir etdi”.

Ekspert qeyd edib ki, yerli istehsalda sağlam rəqabət olarsa, o zaman bu problemlərdən qurtulmaq mümkün olacaq:

“Sağlam rəqabətyönümlü mühit yaranması qiymətlərə müsbət təsir edəcək. Dünya bazarlarında ötən ilin mart ayından sonra strateji məhsullar üzərində bahalaşma oldu. 10 ayda dinamik ucuzlaşma baş verir. Sağlam, rəqabətyönümlü mühit formalaşarsa, inhisarçılıq aradan qalxarsa, ucuzlaşma baş verə bilər. Yox, əgər baş verməzsə, dünyada hər şey ucuzlaşsa belə, bizdə hər şey bahalaşacaq, ya da öz qiymətində qalacaq.

Əhalinin əsas strateji məhsula ehtiyacı varsa, belə məhsulların üzərində inhisarçılıq maksimal şəkildə həyata keçirilir. Bilirlər ki, hər bir halda istehlakçılar tərəfindən alınır. Təkcə ərzaq yox, qeyri-ərzaq məhsullarında da bu hal müşahidə olunur. Bu mühit aradan qaldırılmalıdır”.

F.İbrahimov əlavə edib ki, yaxın gələcəkdə qiymət artımı səngiməlidir:

“Mövsümi məhsullar əvvəlcə baha olur. Bazarda bolluq yaranandan sonra ucuzlaşmaya doğru gedir. Məhsulların Bakı şəhərinə daxil olmasında müxtəlif əngəllər aradan götürülməlidir ki, kənd təsərrüfatı məhsulları rahatlıqla piştaxtalara gətirilsin. Belə problemlər var. Bu da öz növbəsində qiymətlərin artmasına şərait yaradacaq”.

Milli Məclisin deputatı Vüqar Bayramov 2023-cü ildə 2022-ci illə müqayisədə daha aşağı inflyasiya proqnozlaşdırılır:

“Mərkəzi Bankın proqnozlarına əsasən, 2023-cü ildə 8 faizlik inflyasiya olacağı gözlənilir. Gözlədiyimiz illik inflyasiya təxminən 10 faiz ətrafındadır. Xarici faktorların da təsiri olacaq. Bu, idxal inflyasiyasından asılı olaraq dəyişəcək.

İstehlak bazarında qiymət artımları, xüsusən də idxal inflyasiyası müşahidə olunur. 2022-ci ildə daha çox inflyasiya mart ayından sonra oldu. Aprel ayında azalmaların olacağı istisna deyil. Ərzaq məhsullarının qiymətində artımlar var. Bu ilin ilk iki ayında 14 faiz inflyasiyanın qeydə alınması proqnozlarla müqayisədə yüksək inflyasiyadır. Növbəti aylarda aşağı düşməsinə nail olmalıyıq”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir