İdman

“Beşiktaş”ın Bakıya gəlişi yenə təxirə düşür

Sharing is caring!


Martda “Qarabağ” – “Qalatasaray” xeyriyyə oyununun keçiriləcəyi dəqiqləşdikdən sonra daha bir İstanbul nəhəngi “Beşiktaş”ın da Bakıya gələcəyi və “Sabah”la qarşılaşacağı ilə bağlı xəbərlər yayıldı.

Oxu.Az xatırladır ki, öncə görüşün ötən ay təşkil olunacağı bildirilsə də, ardınca ən yaxşı halda apreldə oynanacağı məlum oldu. İndi isə bəlli olur ki, “qara qartal” bu ay da ölkəmizə gəlməyəcək.

Əldə etdiyimiz məlumata görə, komandalar oyunun tarixi ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. Görüşün ayın sonuncu ongünlüyündə keçirilməsi planlaşdırılsa da, “Beşiktaş”ın ağır qrafiki buna əngəl olub. Beləliklə, İstanbul klubunun bu ay Bakıya gəlişi çox cüzi ehtimaldır.

Bununla belə, klublar təmasları dayandırmayıblar. “Sabah” və “Beşiktaş” ümid edirlər ki, mövsümün sonuna qədər belə bir oyun təşkil etmək mümkün olacaq.

Xatırladaq ki, əvvəlki illərdə də “Beşiktaş”ın yoxlama oyunu üçün Bakıya gəlməsi ilə bağlı planlar olsa da, bu, heç vaxt reallaşmayıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir