Dünya

Neftin qiyməti fevraldan bəri ilk dəfə 95 dollardan aşağı düşdü

Sharing is caring!

London ICE birjasının məlumatına görə, gün ərzində Brent markalı neftin fyuçerslərinin dəyəri 95 dollar/bareldən aşağı düşüb.

Ukraynada müharibə başlayandan bəri ilk dəfə olaraq neft müharibədən əvvəlki qiymətindən daha ucuz satılıb.

95 dollardan aşağı düşdükdən sonra xammalın dəyəri bir qədər bahalaşıb və 96 dollardan bir qədər yuxarı səviyyəyə qayıdıb.

Qeyd edək ki, FED-in monetar siyasətinin sərtləşdirilməsi gözləntiləri fonunda neft qiymətləri son həftələr ərzində davamlı olaraq azalmaqdadır ki, bu da ABŞ iqtisadiyyatında resessiyaya səbəb ola bilər. Bundan başqa, dolların digər ehtiyat valyutalara nisbətən bahalaşması da qiymətlərin aşağı düşməsinə şərait yaradır.

Mənbə: Meduza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir