Cəmiyyət

Xidmət rəisi: “Heç kim “mən onu aparmaq istəyirəm” deyib ölkədən heyvanı çıxara bilməz”

Sharing is caring!

“Bioloji müxtəlifliyin qorunması önəmli məsələdir. Çünki hər hansı məməli heyvanın ərazidən çıxarılması üçün xüsusi icazələr lazımdır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Nazirliyin “Facebook” hesabında yayımlanan “Ekspert saatı”nda Azərbaycanda olan heyvanların xaricə aparılması və çoxaldılması ilə bağlı müraciətlərin olub-olmadığına münasibət bildirərkən deyib.

O bildirib ki, bu cür müraciətlərə təcrübədə rast gəlinməyib. Ancaq hər hansı tədqiqat, reproduksiya ilə bağlı nəzərdə tutulursa, rəsmi icazələr alındıqdan sonra mümkün ola bilər:

“Sadalanan hallar istisna olmaqla, başqa heç bir halda bu, həyata keçirilə bilməz. Hər hansı quş növünü götürüb “mən bu heyvanı aparmaq istəyirəm” demək olmaz. Xüsusi icazə verilən növlər və rəsmi qurumlardan icazələr alındıqdan sonra bu mümkün ola bilər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir