Dünya

Kiyevə dəhşətli hücum: Azərbaycanlılar evsiz qaldılar – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, səhər saatlarında Kiyev vilayətinə ballistik raket hücumları olub.

“Bütün hücumların qarşısı Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən alınıb. Buna baxmayaraq, paytaxt Kiyevdə partlayış səsləri eşidilib. Bəzi rayonlarda məhv edilmiş ballistik raketlərin qalıqlarının partlaması dağıntılara səbəb olub. Nəticədə 5 sakinin ağır yaralandığı bildirilir”, – deyə jurnalist əlavə edib.

Həmçinin qeyd edilib ki, son iki gündə Ukraynaya edilən hava hücumları nəticəsində Xerson və Zaporojyedə üç, Donetskdə iki həmyerlimizin evi tamamilə dağılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir