Cəmiyyət

“JEK”lər 2024-cü ildən ləğv olunacaq? – AÇIQLAMA

Sharing is caring!


Bakıda 2024-cü ildən etibarən Mənzil Kommunal İstismar Sahələrinin (MKİS) ləğv ediləcəyi haqqında məlumatlar yayılıb.

İddialara əsasən, bütün Mənzil Kommunal İstismar Sahələrinin (MKİS) ləğv edilməsi, onların funksiyalarının bələdiyyələrə verilməsi nəzərdə tutulub.

Bununla bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Mənzil Kommunal İstismar Sahələri 11 mindən artıq binanın idarəçiliyini təmin edir. Onlar ancaq müvafiq rəsmi qərar olarsa, ləğv edilə bilər. “JEK”lərin ləğvi ilə əlaqədar hazırda heç bir məlumat və rəsmi qərar yoxdur”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir