Dünya

Sumqayıt Kimya Sənaye Parkının rezidentinin ixrac coğrafiyası genişlənir – FOTO

Sharing is caring!

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC tərəfindən bir sıra ölkələrə sürtkü yağlarının ixracına başlanılıb.

İZİA-dan verilən məlumata görə, şirkət tərəfindən ilk dəfə olaraq Rumıniya, Çexiya, Latviya, Litva və İordaniyaya sürtkü yağları ixrac edilib. Bu ölkələrə il ərzində 10 min tondan çox məhsul göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC 150 növdən çox sürtkü yağının istehsalını həyata keçirir. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 30-dan çox ölkəsinə “Made in Azerbaijan” brendi altında ixrac edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir