İdman

İngiltərə Premyer Liqası VAR-dan imtina edə bilər

Sharing is caring!




İngiltərə Premyer Liqa klubları gələn mövsümdən etibarən VAR-ın ləğv edilib-edilməməsinə dair səs verəcəklər.

Məlumata görə, səsvermənin təşəbbüskarı “Vulverhempton”dur.

Səsvermə iyunun 6-da baş tutacaq.

Qeyd olunur ki, liqanın 20 klubundan ən azı 14-ü video baxış sistemindən istifadənin ləğvi üçün səs verməlidir.

Əvvəllər oxşar səsvermə İsveçdə də keçirilib. Ölkə klubları VAR-ı tətbiq etməkdən imtina ediblər.

UEFA reqlamentinə görə, ölkələr öz daxili turnirlərini VAR-la və ya VAR-sız keçirməyi özləri qərar verirlər.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir