Dünya

İranda məktəbli qızları kim zəhərləyir? – VİDEO

Sharing is caring!

Çoxsaylı problemlərlə çarpışan İran cəmiyyəti son vaxtlar daha bir müəmmalı məsələ ilə üzləşib. Söhbət qızların təhsil aldığı orta məktəblərdə şagirdlərin naməlum kimyəvi qazla ardıcıl şəkildə zəhərlənməsi hadisəsindən gedir.

“Azad İran” “YouTube” kanalı mövzu ilə bağlı videosüjet hazırlayıb.

Bununla bağlı ilk fakt ötən il noyabrın 30-da Qum şəhərində yerləşən “Nur” qızlar gimnaziyasında qeydə alınıb. Həmin gün 18 məktəblinin zəhərləndiyi barədə xəbər yayılıb, onların təngnəfəslik, əl və ayaq əzələlərinin keyiməsi əlamətləri ilə tibbi yardım mərkəzinə müraciət etdiyi bildirilib.

Sonrakı həftələrdə bu cür hallar təkrarlansa da, hakimiyyət orqanları məsələni açıq-aşkar ört-basdır etməyə, bununla bağlı informasiyanın yayılmamasına çalışıblar. İran hakimiyyətinə yaxın mediada bu barədə xəbərlər şayiə kimi təqdim olunub.

Lakin fevralın ilk ongünlüyündən başlayaraq hadisənin daha geniş miqyas alması İran hakimiyyətinin məsələni gizli saxlamaq və artıq silsilə xarakteri almış zəhərlənmə faktlarının ictimailəşməsinə mane olmaq səylərini heçə endirib.

Belə ki, fevralın 6-da Qum şəhərində eyni vaxtda 8 qızın zəhərlənməsinin qeydə alınması məsələnin geniş diqqət çəkməsinə səbəb olub.

Daha ətraflı süjetdə:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir