Cəmiyyət

Şəmkirdə 31 yaşlı qadın itkin düşüb – FOTO

Sharing is caring!

Şəmkirdə 31 yaşlı qadın itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, 1991-ci il təvəllüdlü Aygül Hüseynova sentyabr ayının 23-də səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

“Aygül Hüseynovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur, qara, uzun saçı var. Evdən çıxarkən onun əynində qara rəngli kofta, göy rəngli cins şalvar olub.

Şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir