İdman

Nazir: “Azərbaycanda basketbolun kütləviliyi artır”

Sharing is caring!


“Bir il ərzində Azərbaycan basketbolunda böyük işlər görülüb. Ötən mövsüm səviyyəli çempionat keçirildi”.

Oxu.Az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Basketbol Liqasında 2023/24 mövsümünün startına həsr olunmuş tədbirdə deyib.

O, çempionatda komanda sayının artmasını və bölgələrdə basketbolun olmasını müsbət qiymətləndirib:

“Legionerlər bölgələrimizdə oynadılar. Böyük fasilədən sonra yaxşı çempionat baş tutdu. Bu, böyük uğurdur ki, bölgələrdə də komandalar var idi. Bunu davam etdirmək lazımdır. Artıq futboldakı kimi çempionatda 10 komanda olacaq. Bunların da çoxu bölgələri təmsil edirlər. Federasiya hərtərəfli inkişaf edir. Azərbaycanda basketbolun kütləviliyi artır. Gənclərimiz maraqlanırlar, oynayırlar. Bu, çox sevindiricidir”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir