Müharibə

Başına pul mükafatı qoyulan, adı tankları bəzəyən Milli Qəhrəmanın doğum günüdür

Sharing is caring!


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

O, 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

Albert Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək 101 saylı peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnib.

1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirib və tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb.

Albert Aqarunov tank komandiri təyin edilib və Şuşa cəbhəsinə göndərilib. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir.

8 may 1992… Şuşada səhər tezdən erməni quldurlarının tankları görünür, Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edir, növbəti sərrast atəşlə yenidən düşmən tankını məhv edir.

Sevincindən məhv etdiyi tanklara baxmaq istəyən Albert snayper gülləsinə tuş gəlir və döyüş meydanında qəhrəmancasına həlak olur.

Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi, onun şücaətindən danışmayan yox idi. O dövrdə hər kəs tankını Albert adlandırırdı. Ermənilər onun başına pul mükafatı qoymuşdular.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Albert Aqarunoviç Aqarunov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Vaxtilə təhsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.

Qeyd edək ki, 2019-cu ildə Nərimanov rayonu ərazisində Albert Aqarunovun heykəli ucaldılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir