Cəmiyyət

AMEA prezidentindən ilk TƏYİNAT

Sharing is caring!

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-da ilk təyinatla bağlı sərəncam imzalayıb.

Akademiyadan verilən məlumata görə, İ.Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA Rəyasət Heyəti Aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, H.Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2016-cı ildən Akademiyanın Elm və təhsil şöbəsində çalışır. 2018-ci ildən yeni vəzifəyə təyin edilənədək həmin şöbənin müdir müavini vəzifəsində işləyib. Onun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir