Cəmiyyət

Dövlət Komitəsi: “İş yerində cinsi qısnamanı qadağan edən qanun qəbul olunmalıdır”

Sharing is caring!


Azərbaycanda iş yerində cinsi qısnamanı birbaşa qadağan edən qanunun qəbulu təklif olunur.

“Report”un xəbərinə görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, Dövlət Komitəsi iş yerində cinsi qısnamanı birbaşa qadağan edən qanunun qəbul edilməsi, zərərçəkmiş şəxslərin hüquqi müdafiə vasitələrinə çıxışının təmin edilməsi və cinsi qısnama ilə bağlı şikayətlərin effektiv şəkildə araşdırılmasının, təqsirkarların məsuliyyətə cəlb olunmasının və adekvat şəkildə cəzalandırılmasının, zərərçəkmiş şəxslərin qisasdan qorunmasının təmin edilməsi ilə bağlı müvafiq qurumlara tövsiyələr göndərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir