Cəmiyyət

Balakəndə iki avtomobil toqquşdu: Ölənlər və yaralananlar var – FOTO

Sharing is caring!


Balakəndə iki avtomobil toqquşub, ölənlər və yaralananlar var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinindən verilən məlumata görə, hadisə bu gün noyabrın 29-da saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində qeydə alınıb.

Belə ki, Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi iki “Mercedes-Benz” markalı avtomobil toqquşub.

Nəticədə iki sərnişin – 1974-cü il təvəllüdlü Şərif kənd sakini Şaban Cuma oğlu Elayev və 1997-ci il təvəllüdlü Hənifə kənd sakini Günay Rövşən qızı İsmayılova ölüb, hər iki sürücü və digər üç sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir