Müharibə

Mariupol Dram Teatrında 600 nəfər ölüb

Sharing is caring!

Donetsk vilayətinin Mariupol şəhərində Rusiya hərbçilərinin Dram Teatrına endirdiyi raket zərbəsi nəticəsində 600 nəfər həlak olub.

“Associated Press” öz araşdırması nəticəsində ölənlərin yeni sayını müəyyən edib.

AP sağ qalanların, xilasedicilərin və ekspertlərin məlumatlarına əsaslanaraq, faciənin baş verdiyi günün hadisələrini canlandırıb.

Bütün şahidlər hava hücumu zamanı içəridə təxminən 1000 nəfəin olduğunu bildiriblər.

Xatırladaq ki, martın 16-da Rusiya qoşunları çoxlu mülki əhalinin gizləndiyi Mariupol Dram Teatrının binasına bomba atıb. Bomba sığınacağına giriş dağıntılarla dolub və xeyli müddət içəridə qalan insanları xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, martın sonunda Mariupol Şəhər Şurası zərbə nəticəsində 300-ə yaxın insanın həlak olduğunu bildirib.

Mənbə: unian.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir