İdman

“Formula-1”: Azərbaycan Qran-prisində 3 rekord qeydə alınıb

“Formula-1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisində 3 rekord qeydə alınıb. Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən verilən məlumata görə, “Gözlənilməzə hazır ol” şüarı altında keçiriləcək mövsümün dördüncü mərhələsi ərəfəsində Azərbaycan Qran-prisi bilet satışında əvvəlki altı ildən yüksək göstərici ilə yadda qalıb. Digər rekord ilk dəfə 100-dən çox fərqli ölkədən olan azarkeşlərin Azərbaycana səfər etməsidir. Bakıdakı yarışda […]

İqtisadiyyat

Nazir: “İqlim dəyişikliklərinin ölkəmizə təsirlərini azaltmaq üçün təxirəsalınmaz tədbirlər görməliyik”

“İqlim dəyişikliklərinin Azərbaycana təsirlərini azaltmaq və ona uyğunlaşmaq üçün təxirəsalınmaz tədbirlər görməliyik”. “Report” xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışında deyib. Nazir bildirib ki, bu gün dünyanın üzləşdiyi ən aktual problemlərdən biri iqlim dəyişikliyidir: “Bu, təkcə ətraf mühitə deyil, həm […]

Kriminal

Balakəndə kişi arvadını bıçaqlayıb

Balakəndə bıçaqlanma hadisəsi olub. Oxu.Az xəbər verir ki, rayonun Mahamalar kənd sakini 1965-ci il təvəllüdlü Bilal Piriyev aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı 58 yaşlı R.Piriyevaya bıçaqla xəsarət yetirib.  Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisəni törədən şəxs saxlanılıb: “Qadının […]

İdman

Dünya çempionatına ev sahibliyi edəcək ölkə açıqlandı

20 yaşadək futbolçular arasında növbəti dünya çempionatı Argentinada keçiriləcək. FIFA-nın rəsmi saytının yaydığı məlumata görə, Argentina Futbol Assosiasiyasının təqdim etdiyi ərizə təsdiqlənib. Mayın 20-dən iyunun 11-dək baş tutacaq dünya çempionatının birinci mərhələsində 24 komanda 6 qrupa bölünəcək. Argentina yığması FIFA Gənclər Çempionatında 6 dəfə qızıl medal qazanıb və bu baxımdan rekordçudur. Xatırladaq ki, mundialın öncə […]

Müharibə

Zəngilan rayonunun Xumarlı kəndi – FOTO

Zəngilan rayonunun Xumarlı kəndi Alıbəyli kənd inzibati ərazi dairəsində, Həkəri çayının sahilində yerləşir. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 21-də kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış […]

Müharibə

Ombudsman Başlıbel qətliamının 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Başlıbel qətliamının 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Müraciətdə deyilir: “Bu gün tarix boyu Ermənistanın Azərbaycana qarşı kəskin nifrət zəminində həyata keçirdiyi soyqırımı siyasətinin davamı olaraq 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliamdan 30 il ötür. İnsanlıq əleyhinə yönəlmiş bu qanlı soyqırımı […]

İdman

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilir – AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək. Oxu.Az xəbər verir ki, ilk matçda “Qəbələ” “Səbail”i qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək. Tərəflər arasındakı cavab görüşü aprelin 27-də baş tutacaq. Azərbaycan Kuboku Yarımfinal, ilk oyun 18 aprel 18:00. “Qəbələ” – “Səbail” Qəbələ şəhər stadionu Aprelin 19-da gerçəkləşəcək digər […]

Dünya

Çempionlar Liqası: Bu gün iki yarımfinalçı müəyyənləşəcək – AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşəcək. Oxu.Az xəbər verir ki, 1/4 finalın iki matçından sonra finala iddiaçılar bəlli olacaq. Turnirin son qalibi “Real Madrid” İngiltərədə “Çelsi”nin qonağı olacaq. İspaniya təmsilçisi öz meydanında iki cavabsız qolla qələbə qazanıb. Digər yarımfinalçı İtaliyada müəyyənləşəcək. “Buzovlar ölkəsi”nin iki təmsilçisi – “Napoli” və “Milan” birincilərin meydanında […]

Dünya

G7 ölkələri Səudiyyə Ərəbistanı ilə İranın yaxınlaşmasına münasibət bildiriblər

G7 ölkələri Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşmasını alqışlayıblar. Bu barədə Böyük yeddilik ölkələrinin XİN başçılarının birgə bəyanatında deyilib. “Biz ölkələr arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına və regionda gərginliyin azaldılmasına yönəlmiş təşəbbüsləri, o cümlədən İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpasına dair son razılaşmanı alqışlayırıq”, – deyə sənəddə qeyd olunub. Məlumat üçün qeyd edək ki, G7 […]

Cəmiyyət

Ötən gecə Bakıda 6 sürücü saxlanılıb – FOTO

Ötən gün paytaxtın Nəsimi rayonu “Memar Əcəmi” metro stansiyasının yaxınlığında avtomobillərə konstruksiya dəyişikliyi edən 6 sürücü saxlanılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən sözügedən yeddi sürücü barəsində tədbirlər görülüb: “Belə ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) […]