Kriminal

Balakəndə kişi arvadını bıçaqlayıb

Sharing is caring!


Balakəndə bıçaqlanma hadisəsi olub.

Oxu.Az xəbər verir ki, rayonun Mahamalar kənd sakini 1965-ci il təvəllüdlü Bilal Piriyev aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı 58 yaşlı R.Piriyevaya bıçaqla xəsarət yetirib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisəni törədən şəxs saxlanılıb:

“Qadının xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub. Faktla bağlı rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir